14 May 2024
"Amansız dərs..." - Nazarbayevin qızından Qazaxıstanda baş verənlərə REAKSİYA

"Amansız dərs..." - Nazarbayevin qızından Qazaxıstanda baş verənlərə REAKSİYA

13 Yanvar 2022
Baxış: 949

Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə yaşayıram. Qurbanlara və ölənlərə görə ağrı və təəssüf hissini ifadə etməyə söz tapmıram.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayeva yazıb.

“Hamımız üçün bu amansız dərs tariximizdə sonuncu olacaq. İnsanların sülh dövründə ölməsi düzgün deyil. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - Nazarbayeva bildirib.

Nazarbayeva atasını dəstəkləyən qazaxıstanlılara da təşəkkür edib:

“Atama verdiyiniz mənəvi dəstəyə görə təşəkkür edirəm. Bu günlərdə müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır”.

Qeyd edək ki, Nazarbayevin kiçik qızı olan Aliyə biznes, ictimai fəaliyyət, xeyriyyəçilik və film prodüserliyi ilə məşğul olur. 2017-ci ildən Ekoloji Təşkilatlar Assosiasiyasına rəhbərlik edir.