15 May 2024
Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

24 Mart 2023
Baxış: 1098

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, almaniyalı diplomatı hava limanında Gürcüstan XİN başçısının müavini Xatuna Totladze qarşılayıb.

Ölkəyə səfəri çərçivəsində Almaniyanın baş diplomatı hökumət başçısı İrakli Qaribaşvili və Prezident Salome Zurabişvili ilə görüşəcək. A. Barbek həmçinin təmas xəttinə yollanacaq, oradakı durumla tanış olacaq.

Qeyd olunub ki, bu, Annalena Berbokun Gürcüstana ilk rəsmi səfəridir.