09 May 2024
Almaniyada seçki öncəsi sosial demokratlar öndə gedir

Almaniyada seçki öncəsi sosial demokratlar öndə gedir

07 Sentyabr 2021
Baxış: 500

Almaniyada seçki qabağı təşkil edilən rəy sorğularında Sosial Demokrat Partiyası (SPD) öndə gedir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Bild” qəzetinin sifariş verdiyi sorğunun nəticələrində qeyd olunub.

Sentyabrın 3-dən 6-dək keçirilən sorğuda 2052 nəfər iştirak edib. Sorğuda iştirakçılardan sabah seçki keçirilsə, hansı partiyaya səs verəcəkləri soruşulub.

Respondentlərin 26%-i sosial demokratlara, 20.5%-i mühafizəkar Xristian Demokratik və Xristian Sosial İttifaqına (CDU / CSU), 15,5%-i “yaşıllar”a, 12,5% -i Azad Demokrat Partiyasına səs verəcəyini deyib.

Sentyabrın 26-da Almaniyada parlament seçkiləri keçiriləcək. Qalib gələn siyasi qüvvənin hökumət qurmaq hüququ olacaq və partiya siyahısının lideri ölkənin kansleri elan ediləcək.

Qeyd edək ki, Angela Merkel seçkilərdə iştirak etməyəcək.