14 May 2024
Almaniya pandemiyanın ikinci dalğasının astanasındadır

Almaniya pandemiyanın ikinci dalğasının astanasındadır

25 İyun 2020
Baxış: 373

Yeni yoluxanların statistikasında azalmanın qeydə alındığı son bir neçə həftə ərzində Almaniyada yeni yoluxma hallarının gündəlik artımı aprel səviyyəsinə qayıtmağa başlayır.

AJM xəbər verir ki, federal hökumət sosial məsafənin saxlanması və qoruyucu maskaların taxılmasına riayət olunması tələblərini yerinə yetirməyənlərə qarşı cərimələrin tətbiqi barədə niyyətini bəyan edib.

İndiyədək koronavirusdan daha çox əziyyət çəkən şəhərlər sırasında heç vaxt olmayan, bütün bu həftələr və aylar ərzində tək-tək yeni yoluxma halları nümayiş etdirən Almaniya paytaxtında hazırda sutka ərzində antirekordlar müəyyən edilir.

Vəziyyətin pisləşməsinin səbəbləri arasında insanların qadağan edilmiş toplantılarda, karantin tədbirlərinə və irqçiliyə qarşı kütləvi etiraz aksiyalarında iştirakı göstərilir.

Teqlər: Almaniya