15 May 2024
Aİ səfiri: “Lənkəran əməkdaşlıq üçün çox böyük potensiala malikdir”

Aİ səfiri: “Lənkəran əməkdaşlıq üçün çox böyük potensiala malikdir”

30 Noyabr 2021
Baxış: 418

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko qurumun maliyyələşdirdiyi “AgriVision” layihəsi çərçivəsində təlim keçmiş kiçik və orta biznes nümayəndələri və fermerlərlə görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, görüş Aİ nümayəndə heyətinin “EU4Lankaran” proqramı çərçivəsində Lənkərana səfəri zamanı baş tutub.

Görüş zamanı səfir bildirib ki, kiçik və orta biznes iqtisadiyyatın əsasını təşkil edir. Onun sözlərinə görə, Aİ iqtisadiyyatının 99%-i kiçik və orta sahibkarlıq müəssisələrinin payına düşür. Peter Mixalko Lənkəranın əməkdaşlıq üçün çox böyük potensiala malik olduğunu bildirərək, Aİ-nin bu regionla ən yaxşı və innovativ bilikləri bölüşməyə hazır olduğunu qeyd edib.

Daha sonra fermerlərə aqrar turizm sahəsində bacarıqların artırılması təlimlərində iştiraka görə sertifikatlar təqdim edilib.