01 May 2024
Aİ iqtisadiyyatına təcili dəstək proqramı təsdiqləndi

Aİ iqtisadiyyatına təcili dəstək proqramı təsdiqləndi

24 Aprel 2020
Baxış: 408

Avropa İttifaqı (Aİ) üzv ölkələrinin rəhbərləri arasında 4 saat yarım davam edən videokonfrans zamanı iqtisadiyyata 540 milyard avro məbləğində təcili dəstək proqramı təsdiqləndi. “Euronews”-xəbər verir ki, liderlər həmçinin Avropa Komissiyasına yaradılacaq müvafiq uzunmüddətli fondla bağlı müddəaları may ayının 6-dək hazırlamağı tapşırıblar.

Mənbələrə görə həmin fondun həcmi 2 trilyon avro məbləğində ehtimal edilir.

Aİ-nin bütün üzv ölkələrinin zəmanətilə vəsait cəlb etmək məqsədi ilə koronabond deyilən dövlətlərarası istiqrazlar buraxmaq fikri bir sıra ölkə, o cümlədən Almaniya və Niderland tərəfindən etirazla qarşılandı. Bununla bağlı Avropa Komissiyası prezidenti Ursula fon der Leyen koronavirus pandemiyasından sonra iqtisadiyyatı dirçəltmək üçün yaxın 2-3 il ərzində Aİ-də üzvlük haqqı ÜDM-nin 1,2 faizindən 2 faizinədək qaldırılacağını bildirib.

Almaniya, habelə İtaliya və İspaniya təşkilatın büdcəsinə daha çox vəsait köçürməyə hazır olduqlarını bildirdilər.

Aİ liderləri arasındakı danışıqlar iki həftədən sonra davam etdiriləcək.

Teqlər: