10 May 2024
Ağdamda Daxili Qoşunların hərbçisi MİNAYA DÜŞDÜ

Ağdamda Daxili Qoşunların hərbçisi MİNAYA DÜŞDÜ

27 May 2022
Baxış: 392

Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

AJMEDİA.İNFO-nun APA-ya istinadən xəbərinə görə, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.

Daxili Qoşunların hərbçisi, 1997-ci il təvəllüdlü çavuş Ömərov Seyidaga Mirzaga oğlunun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.