10 May 2024
Afrika ölkələrinin liderləri koronavirusla bağlı vəziyyəti müzakirə ediblər

Afrika ölkələrinin liderləri koronavirusla bağlı vəziyyəti müzakirə ediblər

30 Aprel 2020
Baxış: 409

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sədrliyi ilə Afrika ölkələrinin liderləri videokonfrans formatında koronavirusla bağlı vəziyyəti müzakirə ediblər. AJM xəbər verir ki, müzakirələrdə Keniya, Cənubi Afrika Respublikası, Mali, Qabon, Niger, Tanzaniya, Ruanda, Madaqaskar, Sudanın dövlət başçıları, habelə Afrika İttifaqı Komissiyasının nümayəndələri öz ölkələrində COVID-19 pandemiyası və iqtisadi vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıblar.

Afrika ölkələrinin liderləri qeyd ediblər ki, indiki şəraitdə əsas məsələ səhiyyə sisteminin və iqtisadiyyatın dəstəklənməsidir. Bu kontekstdə müvafiq hökumət strukturları arasında daha sıx əməkdaşlığın zəruriliyi vurğulanıb. Bundan başqa, koronavirus pandemiyası şəraitində terrorizm və ekstremizmə qarşı mübarizə də mühüm vəzifə kimi qarşıya qoyulub.

Müzakirələrdə diqqətə çatdırılıb ki, BMT Afrika üzrə İqtisadi Komissiyasının (UNECA) proqnozlarında 1,3 milyard nəfər əhalisi olan qitədə COVID-19 pandemiyasından 300 min insanın həyatını itirə biləcəyi qeyd edilib. Hesabatda bildirilir ki, səhiyyə sistemi bərbad olan, habelə vərəm və QİÇS kimi xəstəliklərin geniş yayıldığı Afrikanın bir çox ölkəsinin pandemiya ilə mübarizəsinə 446 milyard dollara qədər vəsait tələb olunur. UNECA koronavirus epidemiyasının hazırda 27 milyon insanın ifrat yoxsulluq şəraitində yaşadığı bu qitədə sosial vəziyyəti daha da pisləşdirəcəyini vurğulayıb.

Teqlər: Afrika