13 May 2024
AEBA-nın Baş direktoru İrana səfər edəcək

AEBA-nın Baş direktoru İrana səfər edəcək

11 Sentyabr 2021
Baxış: 508

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyəti İran tərəfi ilə danışıqlarda iştirak etmək üçün şənbə günü axşam (11 sentyabr - Red) Tehrana gələcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOİ) rəsmi nümayəndəsi Behruz Kamalvandi məlumat verib.

Qeyd olunub ki, bir günlük səfər çərçivəsində MAQATE və İran arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə ediləcək.