13 May 2024
ABŞ Türkiyəyə silah satışı asanlaşdıra bilər - Blinkendən AÇIQLAMA

ABŞ Türkiyəyə silah satışı asanlaşdıra bilər - Blinkendən AÇIQLAMA

29 Aprel 2022
Baxış: 674

Türkiyə və Hindistan kimi ölkələrə ABŞ-ın xarici hərbi satış prosesləri daha sürətli və səmərəli şəkildə həyata keçirilməlidir.

AJMEDİA.İNFO Türkiyənin “NTV” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken konqresin Xarici əlaqələr komitəsində keçirilən dövlət büdcəsinin müzakirəsi zamanı ölkəsinin xarici siyasət kursunu dəyərləndirərkən bildirib.

Cənubi Karolinadan olan konqresmen Co Uilsonun “Məncə, xarici hərbi satışlarımız lazımsız bürokratiya tərəfindən əngəllənir. Məsələn, Türkiyə və Hindistan kimi müttəfiqlərimizə kömək etmək və onlarla işləmək üçün bu bürokratiyanı necə keçə bilərik?” sualını Entoni Blinken belə cavablandırıb:

“Sizinlə eyni fikirdəyəm. Xarici satışlar, xüsusilə də təcili satışlarda ən yaxşısını etmək lazımdır. Bu, açıq şəkildə icra hakimiyyətinə aid, əlbəttə ki, Konqresə də aiddir. Bu, vacib bir məqamdır. Biz bu ölkələrə ortaq mövqedə olsaq, Rusiya ilə əvvəldən müdafiə sahəsində əlaqəsi olan bir çox ölkələrdə münasibətlərinə yenidən baxır”.

Bildirilib ki, ABŞ-ın Dövlət Departamenti bu yaxınlarda Türkiyəyə “F-16” qırıcıların satışı ilə bağlı Konqresə göndərdiyi məktubu dəyərləndirilib. Bildirilib ki, ABŞ-ın Türkiyəyə “F-16” satması maraqlarına tam uyğundur.