15 May 2024
ABŞ Qəzzada quru əməliyyatlarının tezliklə başlanmasında maraqlı deyil  - SƏBƏB

ABŞ Qəzzada quru əməliyyatlarının tezliklə başlanmasında maraqlı deyil - SƏBƏB

26 Oktyabr 2023
Baxış: 380

İsrail ABŞ-nin tələbi ilə Qəzza zolağında quru əməliyyatını təxirə salmağa razılaşıb.


AJMEDİA.İNFO xəbər verir ki, bu haqda “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən xəbər verir.


ABŞ-nin bu istəyində məqsəd Amerika qoşunlarına bölgədə hava hücumundan müdafiə sistemlərini yerləşdirmək üçün vaxt qazandırmaqdır.


Jurnal yazır ki, ABŞ girovların azad edilməsində irəliləyişin olmasında, Qəzza zolağına humanitar yardımın çatdırılmasının zəruri olmasında israr edib.


Qeyd edək ki, İsrail ordusu döyüş əməliyyatlarının növbəti mərhələlərinə hazırlıq məqsədilə Qəzza zolağı ətrafında tanklarla və digər zirehli texnika ilə reyd keçirib. (Sfera.az)