15 May 2024
ABŞ PUA istehsalında İrana dəstək verən şirkətlərə sanksiya tətbiq etdi

ABŞ PUA istehsalında İrana dəstək verən şirkətlərə sanksiya tətbiq etdi

03 Fevral 2024
Baxış: 427

ABŞ İrana pilotsuz uçuş aparatları (PUA) və raket istehsalında dəstək verən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, sanksiyalar İran və Honq-Konqda yerləşən əvvəllər İranın raket proqramını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlərə görə sanksiyalar siyahısına daxil edilmiş şirkət qruplarına material və texnologiyaların tədarükü ilə məşğul olan dörd şirkətə qarşı tətbiq edilir. Bundan əlavə, gəlirlərini İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İranın elit bölmələri) əldə etdiyi “yüz milyonlarla dollar dəyərində” İran mallarının satışı ilə məşğul olduğu iddia edilən Honq-Konq şirkətinə də məhdudiyyətlər qoyulub.

ABŞ maliyyə nazirinin terrorla mübarizə üzrə müşaviri Brayan Nelson deyib ki, İranın “ABŞ ordusunu hədəf almaq üçün istifadə edilən pilotsuz təyyarələr və raketlər də daxil olmaqla qabaqcıl silahların yayılmasının davam etməsi Yaxın Şərqdə sabitliyə ciddi təhlükə yaradır”.

ABŞ həmçinin ABŞ və digər ölkələrdə kritik infrastruktura qarşı silsilə hücumlara görə məsuliyyət daşıyan İİKK kiber bölməsinin altı üzvünə də sanksiya tətbiq edib.