15 May 2024
ABŞ-nin müdafiə nazirindən İsrailə ÇAĞIRIŞ

ABŞ-nin müdafiə nazirindən İsrailə ÇAĞIRIŞ

08 Dekabr 2023
Baxış: 342

ABŞ-nin müdafiə naziri Lloyd Ostin və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilib ki, telefon danışığında Ostin Yoav Qallantdan İordan çayının qərb sahilində məskunlaşanların zorakılığının qarşısını almağı və Qəzzada dinc sakinləri qorumağı və humanitar yardım çatdırmaq üçün səylərini artırmağı xahiş edib.