08 May 2024
ABŞ kimyəvi silah ehtiyatlarını payıza qədər məhv etməyə hazırdır

ABŞ kimyəvi silah ehtiyatlarını payıza qədər məhv etməyə hazırdır

13 May 2023
Baxış: 561

ABŞ bu ilin payızına qədər kimyəvi silahlarının ləğvi prosesini başa çatdırmağa hazırdır.

Bu barədə ABŞ Prezidenti Cozef Baydenin “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiya ilə bağlı keçiriləcək Beşinci Konfrans ərəfəsində yazılı bəyanatında deyilir.

“Birləşmiş Ştatlar ümumi məqsədimizə nail olmaq üçün birlikdə çalışaraq nümunə göstərir. Biz bu ilin payıza qədər kimyəvi silah ehtiyatlarımızın ləğvi prosesini başa çatdırmaq yolundayıq. Bu, şəffaflığın və ictimai təhlükəsizliyin ən yüksək standartlarına cavab verəcək tərksilah mərhələsidir”, - o bildirib.

Qeyd edək ki, konfrans mayın 15-19-da Haaqada keçiriləcək.

Teqlər: