01 May 2024
ABŞ-ın xam neft ehtiyatları artıb

ABŞ-ın xam neft ehtiyatları artıb

22 İyul 2020
Baxış: 477

Birləşmiş Ştatların neft ehtiyatları artır.

AJM xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 7,54 milyon barrel artıb. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 8,32 milyon barrel azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Teqlər: ABŞ