01 May 2024
ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi: Vaşinqton Pxenyan ilə danışıqların bərpasına hazırdır

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi: Vaşinqton Pxenyan ilə danışıqların bərpasına hazırdır

09 İyul 2020
Baxış: 490

ABŞ dövlət katibinin müavini Stiven Biqun bildirib ki, Vaşinqton Pxenyan ilə bundan sonrakı dialoqa hazırdır. Lakin o, Seula səfəri zamanı Şimali Koreya administrasiyasından olan rəsmi şəxslərlə görüş üçün əlaqə qurmağa cəhd etməsi barədə məlumatı təkzib edib.

AJM xəbər verir ki, Vaşinqtonun Şimali Koreya üzrə xüsusi nümayəndəsi qismində çıxış edən Biqunun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında yüksək səviyyəli görüşlər zamanı qaldırılan məsələlər, o cümlədən Koreya yarımadasında möhkəm sülhün yaradılması və nüvə silahının ləğvi məsələləri, əvvəlki kimi Birləşmiş Ştatların diqqət mərkəzindədir.

Koreya yarımadasında yerləşdirilən 28500 amerikalı hərbi qulluqçuya münasibətdə Seul və Vaşinqton arasında xərclərin bölüşdürülməsinə dair davam edən danışıqlar iki müttəfiq arasında mübahisəli məsələ kimi qaldığına baxmayaraq, çərşənbə günü Biqun Birləşmiş Ştatların Cənubi Koreya ilə bağlı hərbi öhdəliklərini bir daha təsdiqləyib.

Teqlər: ABŞ