08 May 2024
ABŞ Gürcüstanı Rusiyaya birbaşa uçuşlara görə sanksiyalarla hədələyib

ABŞ Gürcüstanı Rusiyaya birbaşa uçuşlara görə sanksiyalarla hədələyib

11 May 2023
Baxış: 551

ABŞ Rusiya ilə birbaşa hava əlaqəsi bərpa olunacağı təqdirdə Gürcüstana qarşı sanksiyalar tətbiq etməklə hədələyir.

Bu barədə “Accent” Dövlət Departamentinə istinadən xəbər verir.

İdxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərəcək Gürcüstan aviaşirkətləri sanksiyalara məruz qala bilər.

Aİ həmçinin Gürcüstanı Rusiya ilə uçuşları bərpa etməməyə və Moskvaya qarşı sanksiyalara qoşulmağa çağırır. Avropa İttifaqının Xarici İşlər Xidmətinin nümayəndəsi Peter Stano Gürcüstanın “Netgazeti” nəşrinə müsahibəsində bildirib ki, əks halda ölkə ikinci dərəcəli sanksiyalara məruz qala bilər.

Rusiya prezidenti Vladimir Putin 2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib, bundan əlavə, Rusiya aviaşirkətlərinin uçuşlarına qoyulan qadağaları da aradan qaldırıb.

Teqlər: