14 May 2024
ABŞ əsgərləri Qəzza zolağına gəlir: “Vətəndaşlarımızı əsir götürüblər, dayanmayacağıq”

ABŞ əsgərləri Qəzza zolağına gəlir: “Vətəndaşlarımızı əsir götürüblər, dayanmayacağıq”

16 Oktyabr 2023
Baxış: 428

Amerika əsgərləri girovluqda olan həmvətənlərini azad etmək üçün Qəzza zolağına yerləşdirilə bilər.

AJMEDİA.İNFO xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Fox News" telekanalına müsahibəsində belə bir addımın mümkünlüyünü istisna etməyib.

Bununla belə, Kirbi qeyd edib ki, Vaşinqtonun Fələstin-İsrail münaqişəsində iştirak etmək kimi planı yoxdur. O, həmçinin deyib ki, Co Bayden administrasiyası Qəzza zolağında əsir götürülmüş vətəndaçları ilə bağlı gərgin iş aparır.

“Bu, prezidentin bir nömrəli prioritetidir. Onun üçün girov saxlanılan amerikalıların təhlükəsizliyindən daha vacib heç nə yoxdur. Biz onları ailələrinə qovuşdurmayana qədər dayanmayacağıq”, - Kirbi əlavə edib.

Daha əvvəl "CNN" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ İsrailə 2000-dən çox dəniz piyadasından ibarət 26-cı Dəniz Ekspedisiya Qüvvələrini yerləşdirməyi planlaşdırır.(Sfera.az)