14 May 2024
ABŞ Əfqanıstanda İŞİD terrorçularına zərbələr endirdi

ABŞ Əfqanıstanda İŞİD terrorçularına zərbələr endirdi

28 Avqust 2021
Baxış: 722

ABŞ hərbçiləri Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə pilotsuz uçuş aparatı ilə hava zərbəsi endirib.

Bu barədə ABŞ-ın Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd edilir ki, zərbə nəticəsində bir neçə İŞİD terrorçusu məhv edilib.

"ABŞ-ın Silahlı Qüvvələri İŞİD planlaşdırıcısına qarşı antiterror əməliyyatı keçirib. Pilotsuz hava zərbəsi Nanqarhar əyalətinə endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Vətəndaşların arasında itki yoxdur", - xəbərdə deyilir. (Report.az)