14 May 2024
ABŞ-dan İrana SƏRT XƏBƏRDARLIQ

ABŞ-dan İrana SƏRT XƏBƏRDARLIQ

15 Dekabr 2021
Baxış: 470

ABŞ-ın Dövlət katibi Entoni Blinken İranı 2015- ci ildə imzalanmış atom anlaşmasını canlandırmaq yönündə əməli addımlar atmağa çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, bunun baş verməyəcəyi halda, artıq həmin anlaşmanın bir anlamı qalmayacağını deyib:

“Bu saat, bu gün biz diplomatik səyləri davam etdiririk, çünki bu, hazırda ən yaxşı variant olaraq qalır. Lakin biz müttəfiqlər və tərəfdaşlarımızla alternativlər üzərində də düşünürük”, – deyə Blinken əlavə edib.

Amerika xarici siyasət idarəsinin başçısı müzakirələrdə iştirak edən Avropa ölkələrinin rəsmi Tehranın vaxt qazanması və danışıqlarda ciddi olmaması barədə fikirlərinə də munasibət bildirib. O qeyd edib ki, ən qısa müddətdə irəliləyiş olmasa, 2015-ci il anlaşmasının heç bir əhəmiyyəti qalmayacaq.

Qeyd edək ki, müzakirələrin davam etdiyi və Tehranın atom bombası əldə etmək yönündə əsas element hesab edilən uranın zənginləşdirilməsi prosesində məhdudiyyətlər qoyulmasnı qəbul etdiyi bildirilir. (Azad İran)