14 May 2024
ABŞ-da 8,2 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi

ABŞ-da 8,2 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi

29 İyul 2021
Baxış: 637

ABŞ-ın Alyaska ştatında zəlzələ baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, TASS agentliyi bu barədə ABŞ-ın Geoloji Xidmətinə istinadən məlumat yayıb.

Xidmətdən bildirilib ki, zəlzələnin maqnitudası 7,3 bal olub. ABŞ-ın Xəbərdarlıq Mərkəzi isə zəlzələnin 8,2 bal gücündə olduğunu qeyd edib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Zəlzələdən bir qədər sonra isə 6,2 bal gücündə afterşok qeydə alınıb.