01 May 2024
"ABŞ buna görə məsuliyyət daşıyacaq" - İran rəsmisi

"ABŞ buna görə məsuliyyət daşıyacaq" - İran rəsmisi

28 Mart 2022
Baxış: 423

ABŞ nüvə danışıqlarına son qoysa, buna görə məsuliyyət daşıyacaq. Tehran rəhbərliyi qırmızı xətlərindən əl çəkməyəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Güclü və daimi razılaşma əldə etmədən nüvə fəaliyyətlərimizdən imtina etmək fikrində deyilik. Nüvə fəaliyyətlərimizlə bağlı narahatlığınızın aradan qaldırılmasını istəyirsinizsə, ilk növbədə bizim narahatlığımızı həll edəcəksiniz. Əgər ABŞ Prezidenti Co Bayden Donald Trampdan fərqli olduğunu sübut etmək istəyirsə, İranın bloklanmış aktivlərini azad edə və ya gəmiçiliklə bağlı sanksiyaları ləğv edə bilər”, – Abdullahian bildirib.