14 May 2024
"ABŞ Azərbaycanı dini etiqad azadlığına nəzarət siyahısına salınmasını rədd edirik" - David Seliverstov

"ABŞ Azərbaycanı dini etiqad azadlığına nəzarət siyahısına salınmasını rədd edirik" - David Seliverstov

09 Yanvar 2024
Baxış: 526

"Multikulturalizm öz mahiyyətinə görə müxtəlif mədəniyyətlərin dağılmasını deyil, onların bərabər yaşayışını tələb edir. Bu baxımdan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunla tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda bu hüquqlar ali qanunla - Konstitusiya ilə təmin olunub. Konstitusiyamızın müvafiq maddələrinə müraciət etsək, Azərbaycanda “fərqlərin” saxlanmasına yönəlmiş dövlət siyasətini aydın görərik."

Bunu AJMEDİA.İNFO-a "Magen David Azərbaycan" İnsan Hüquqları Mərkəzinin direktoru və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov ABŞ Dövlət De­partamentinın Azərbaycanda, guya, dini etiqad azadlığına etinasız münasibətin hökm sürdüyü, dindarlara qarşı təz­yiqlərə dözümlü yanaşıldığı qənaəti nəticəsində qara siyahıya əlavə etməsinə fikir bildirərkən deyib. O, daha sonra bunları əlavə edib.

Biz Azərbaycanda uzun illər yaşamış digər dini və etnik qrupun üzvü, yəhudi olaraq ABŞ-ın Azərbaycana qarşı səsləndirdiyi qərəzlı mövqeyini rədd edirik. Bir daha Azərbaycanın dini azadlığından qidalanan nümayəndə olaraq bildirirəm ki, tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkana çevrilmiş Azərbaycan bu gün də bu funksiyaları uğurla yerinə yetirməkdədir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də konfessional baxımdan zəngindir. Amma xoşbəxtlikdən, müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların geniş yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm tolerantlıq əlaqələri formalaşmış, milli, irqi və dini zəmində ayrı-seçkilik hallarına rast gəlinməmiş, azad, sərbəst yaşamagımız əsrlərdə olduğu kimi davam edir.