09 May 2024
ABŞ Azərbaycan və Ermənistana ÇAĞIRIŞ ETDİ

ABŞ Azərbaycan və Ermənistana ÇAĞIRIŞ ETDİ

28 Fevral 2024
Baxış: 325

“Vaşinqton Azərbaycan və Ermənistana uzunmüddətli və sabit sülhə nail olunması ilə bağlı çağırış etməkdə davam edir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinq zamanı bildirib.

“Mən indi KİV üçün konkret bəyanatlar verə bilmərəm, lakin biz tərəflərin uzunmüddətli və etibarlı sülh sazişinin bağlanması istiqamətində səylərini dəstəkləməyə davam edirik”, - deyə Miller Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Berlindəki görüşündən gözləntilərlə bağlı sualı cavablandırarkən qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün fevralın 28-29-da Berlində baş tutacağı bildirilib.