10 May 2024
Abituriyentlərə ŞAD XƏBƏR - Keçid balları bu səbəbdən ARTIRILMAYACAQ

Abituriyentlərə ŞAD XƏBƏR - Keçid balları bu səbəbdən ARTIRILMAYACAQ

04 Aprel 2024
Baxış: 249

"Bu il həm 3 martda, həm də 10 martda keçirilən imtahanlarda ümumilikdə 110 min-ə yaxın şagird iştirak edib. 3 martda keçirilmiş imtahan nəticələri ötən illərlə müqayisədə abituriyentlər üçün olduqca yaxşıdır. Pandemiyadan sonra artıq biz təhsil göstəricilərinin artmasını müşahidə edirik. Sevindirici hal odur ki, məhz uzun illərdən sonra ilk dəfə imtahanlarda 14 nəfər şagird onlara təqdim edilmiş test tapşırıqlarının hamısına doğru cavab verərək 300 bal toplayıb".

AJMEDİA.İNFO xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

O qeyd edib ki, yüksək imtahan nəticələri göstərən abituriyentlərin böyük əksəriyyəti bölgələrin və dövlət məktəblərinin payına düşür:


"Yəni, təhsil haqları 8,9,15 min olan özəl liseylərin belə bir nəticələri demək olar ki, yoxdur. Bu onu göstərir ki, tam orta təhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son 3 il ərzində ciddi işlər görülüb. Bilirsiz ki, Azərbaycan təhsil sitemi 2020-ci ildən pandemiya səbəbindən çox böyük çətinliklərlə qarşılaşıb. Bu problemlərin həll edilməsi buraxılış imtahanlarının nəticələrinədə öz müsbət təsirini göstərib".


Kamran Əsədov nəticələrin yüksək olmasının ixtisas ballarına təsirindən danışarkən bildirib ki, balların ciddi şəkildə dəyişməsi gözlənilmir.

"Bu il Azərbaycanda həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetinin açılması, qəbul plan yerinin çox olması balların ciddi şəkildə artmasına mane olacaq".(mətbuat.az)