15 May 2024
Abdullahian: “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”

Abdullahian: “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”

21 Oktyabr 2022
Baxış: 412

“Tehran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qafan şəhərində baş konsulluğun açılışında deyib.

Abdullahian Təbrizdə də Ermənistanın baş konsulluğunun açılacağını bildirib:

“İran hökumətinin qarşılıqlılıq prinsipi əsasında Təbrizdə Ermənistanın Baş Konsulluğunu açmağa hazır olduğunu xatırlatmaq istərdim”.