07 May 2024
AB də husilərə qarşı əməliyyata qoşuldu

AB də husilərə qarşı əməliyyata qoşuldu

21 Dekabr 2023
Baxış: 495

Avropa Birliyi (AB) ölkələri Qırmızı dənizdə naviqasiya azadlığı və gəmilərin təhlükəsizliyinə nail olmaq üçün ABŞ-ın “Prosperity Guardian” əməliyyatına qoşulmaq qərarına gəliblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell X şəbəkəsində yazıb.

Onun sözlərinə görə, husilərin fəaliyyəti bu ərazidə gəmilərin hərəkətinə təhlükə yaradır:

"AB Atalanta əməliyyatı vasitəsilə “Prosperity Guardian”a töhfə verməyə razılaşıb”.

Qeyd edək ki, dekabrın 19-da Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdə husilərdən qorunmaq üçün çoxmillətli əməliyyatın başlandığını elan edib.