13 May 2024
8 Mart yığımı başlayıb: bu dəfə kişi müəllimlərə də bayrampayı ayrılır - VİDEO

8 Mart yığımı başlayıb: bu dəfə kişi müəllimlərə də bayrampayı ayrılır - VİDEO

03 Mart 2023
Baxış: 318

Bakı şəhəri 60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsait toplanması ilə bağlı məlumat yayılıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, bu dəfə həm qadınlar, həm də kişilər üçün pul yığılması ilə bağlı səs yazısı sosial şəbəkələrdə paylaşılıb.

Səs yazısından aydın olur ki, valideynlərdən biri pul yığılmasına etiraz edir.

Səs yazısında valideynlər həmçinin fond pulu yığılmasına da narazılıqlarını ifadə edirlər.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl bununla bağlı xəbərdarlıq etmişdi.

Məsələ ilə bağlı aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Bildirildi ki, anonim müraciətlər qəbul edilmir. Faktın araşdırlması üçün müraciət olunmalıdır. Təbii ki, bahalı hədiyyələr, pul yığılması pedaqoji fəaliyyətə ziddir.

60 nömrəli məktəbdən isə “Xəzər Xəbər”ə bildirilib ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılması ilə bağlı vatsap qrupunda sinfin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib. Məsələ ilə bağlı bu gün həmin sinfin validenləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib. Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, fakt araşdırlır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: