13 May 2024
7,7 ballıq zəlzələdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

7,7 ballıq zəlzələdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

03 Aprel 2024
Baxış: 318

Tayvan sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

Zəlzələ nəticəsində son rəqəmlərə görə, 7 nəfər ölüb. Xəsarət alanların sayı 711 nəfərdir, daha 77 nəfər qəzalı binalarda qalıb. Hadisə eyni zamanda çox sayda dağıntıya səbəb olub.

Hadisə anında qeydə alınmış müxtəlif görüntüləri təqdim edirik: