13 May 2024
"5 avroya olan dərmanı burada 170 manata satırlar" - Siyavuş Novruzov ŞİKAYƏTLƏNDİ

"5 avroya olan dərmanı burada 170 manata satırlar" - Siyavuş Novruzov ŞİKAYƏTLƏNDİ

11 Aprel 2023
Baxış: 444

"Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı satmağa deyil, özünün istifadə etməsi üçün gətirir. Buna görə niyə problem yaranmalıdır?".

AJMEDİA.İNFO xəbər verir ki, bunu parlamentin yaz sessiyasının plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Millət vəkili eyni adda olan bəzi dərman qutularının içərisində olan dərman həblərinin sayında fərqlərin olduğunu deyib:

"Bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır. Başa düşürəm müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq da insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün ehtiyacdan üz tutur. İnsanlar aptekə vaxt keçirmək və ya qidalanmaqdan, yaxud da ad günü keçirmək üçün gəlmirlər. Ölkəyə dərman gətirən, satan, yoxlayan ayrı olmalıdır. Bizdə isə bu üç işi eyni adam həyata keçirir", - deputat qeyd edib.