12 May 2024
46 yaşlı kişi özünü binadan atmaq istədi, polis xilas etdi - VİDEO

46 yaşlı kişi özünü binadan atmaq istədi, polis xilas etdi - VİDEO

06 Aprel 2023
Baxış: 516

Sumqayıt şəhərində 46 yaşlı şəxs özünü binadan atmağa cəhd göstərib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, Ə.A. adlı şəxs 13-cu mikrorayon ərazisində yerləşən binanın damına qalxaraq intihar etmək istəyib.

Əraziyə gələn polis əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən yayındırıblar.

Teqlər: Sumqayıt