15 May 2024
41 yaşlı Aliyə Avropa ölkəsində... - Nazarbayevin qızı ilə bağlı ŞOK FAKTLAR

41 yaşlı Aliyə Avropa ölkəsində... - Nazarbayevin qızı ilə bağlı ŞOK FAKTLAR

12 Yanvar 2022
Baxış: 474

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı 2006-cı ildə Londonun şimalında Britaniya vətəndaşlığına nail olmaq niyyəti ilə malikanə alıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “The Sunday Telegraph” məlumat yayıb.

Nəşrin iddiasına görə, bu, 41 yaşlı Aliyə Nazarbayevanın Qazaxıstandan 300 milyon dollar çıxardıqdan sonra ən ciddi satınalmalarından biri olub.

Aliyə öz dövlətindən mənimsədiyi 8.75 milyon funt-sterlinqi Hayqeytdə ev almağa xərcləyib. Dubayda ev almaq üçün daha 14 milyon dollar ödəməli olub. Bundan əlavə, Nazarbayevin qızı “Bombardier Challenger” tipli lüks təyyarə alıb. Satınalma ona 18 milyon funta başa gəlib

Qəzetin yazdığına görə, Nazarbayeva köməkçilərinə Qazaxıstanda qalmağın təhlükəli olduğunu dedikdən sonra ölkədən 312 milyon dollar köçürüb.

Eyni zamanda, Nazarbayeva 2006-cı ildə sərəncamında olan səhm paketlərinin bir hissəsini satıb və onlar üçün təxminən 325 milyon dollar alıb. Bu məqsədlə Lixtenşteyndə fond yaradıb və ora 150 ​​milyon dollar köçürüb. (Teleqraf.com)