14 May 2024
4 ölkə Xəzərdə hərbi təlim keçirəcək - Yekimov

4 ölkə Xəzərdə hərbi təlim keçirəcək - Yekimov

31 Avqust 2021
Baxış: 665

“Dəniz kuboku” başa çatdıqdan sonra Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov məlumat verib.

“Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək. Bir neçə gün ərzində Xəzər dənizində birgə fəaliyyət tədbirləri işlənəcək”, - o deyib.

Xatırladaq ki, ilk dəfə olaraq İranda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının “Dəniz Kuboku” müsabiqəsində Azərbaycan, Qazaxıstan, İran və Rusiyaya məxsus kiçik raket və artilleriya gəmiləri iştirak edir.(report.az)