14 May 2024
"35 min manat maaş verdiyim oğlana istədiyimi edirəm" - "Sugar mummy" dəbə minir - VİDEO

"35 min manat maaş verdiyim oğlana istədiyimi edirəm" - "Sugar mummy" dəbə minir - VİDEO

15 Oktyabr 2021
Baxış: 697

Pul qarşılığında qocalarla birlikdə yaşamağı nəzərdə tutan "Sugar Daddy" trendindən sonra indi "Sugar mummy" tendensiyası yaranır.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Culiya adlı ingilis qadın yanında işə götürdüyü gəncə istədiyi hər şeyi etmək üçün 15.000 funt sterlinq (35 min manat) ödədiyini söyləyib. 44 yaşlı TikTok istifadəçisi olan qadın sosial media hesabından özündən 15 yaş kiçik sevgilisi ilə yaşadığını söyləyib. Qadın sevgilisinin bütün ehtiyaclarını ödədiyini və hazırda münasibətlərində heç bir problem olmadığını ifadə edib.

Sevgilisinin nəyisə etmək istəməyəndə isə maaşını azaltdığını söyləyib. Məsələn, son bir neçə gündə hovuzu təmizləməyi unutduğu üçün maaşını az alıb. "Bizi görənlər ana və oğul olduğunu düşünürlər. Həqiqəti öyrənəndə şoka düşürlər. Üstəlik ona maaş verdiyimi eşidənlər dəli olduğunu düşünürlər" deyib.(Milli.az)