08 May 2024
27 dekabrla bağlı XƏBƏRDARLIQ EDİLDİ

27 dekabrla bağlı XƏBƏRDARLIQ EDİLDİ

25 Dekabr 2023
Baxış: 263

Günəşdə çoxsaylı partlayışlar qeydə alınıb.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-nin “The Watchers” ixtisaslaşmış informasiya saytı məlumat yayıb.


Saytın məlumatına görə, Günəşdə baş verən partlayış Yerdə maqnit qasırğası yaradacaq.

Maqnit qasırğasının 27 dekabr 2023-cü il tarixində günün sonunda olacağı gözlənilir. Nəşrin məlumatına görə, son 24 saat ərzində Günəş aktivliyi orta səviyyəyə yüksəlib.

Qeyd edək ki, maqnit qasırğaları Günəş küləyinin planetin maqnitosferi ilə qarşılıqlı təsiri nəticəsində Yerin xarici qabığında baş verən hadisələrdir. Günəşdən çıxan yüklü hissəciklərin axınları Yerin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək pozulmalara səbəb olur.(Sfera.az)