13 May 2024
26 milyon insan evə "həbs" edildi: Aclıq başlayıb - Pəncərədən qışqıraraq kömək istəyirlər - VİDEO

26 milyon insan evə "həbs" edildi: Aclıq başlayıb - Pəncərədən qışqıraraq kömək istəyirlər - VİDEO

12 Aprel 2022
Baxış: 455

Çində koronavirus səbəbilə tətbiq edilən sərt karantin tədbirləri Şanxayda ciddi problemlərə yol açıb.

AJMEDİA.İNFO haberler.com-a istinadən xəbər verir ki, 26 milyon insanın yaşadığı şəhərdə aclıq problemi yaşanır. Ərzaq qıtlığının yaşandığı şəhərdə sakinlər pəncərələrdən qışqıraraq, ərzaq tələb edir. İddialara görə, Şanxayda sakinlər gündə yalnız bir dəfə qidalana bilir.

Şəhərdə gündəlik yoluxma sayı 24 mini ötüb. Buna görə də, hökumət sərt karantin tədbirlərinə əl atıb.

(milli.az)