09 May 2024
25 il stajı olmayan və kapitalı toplaya bilməyənlər də PENSİYA ALA BİLƏCƏK – Millət vəkili AÇIQLADI

25 il stajı olmayan və kapitalı toplaya bilməyənlər də PENSİYA ALA BİLƏCƏK – Millət vəkili AÇIQLADI

23 Yanvar 2023
Baxış: 407

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub və layihə plenar iclasa tövsiyyə edilib.

AJMEDİA.İNFO xəbər verir ki, dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq.


Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, minimum pensiya məbləğinin artırılması 100 mindən çox insanı əhatə edəcək. V.Bayramov artımdan kimlərin faydalanacağına da aydınlıq gətirib:

“Gələn aydan pensiya yaşına çatanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvəllər bu rəqəm 240 manat idi.

Digər tərəfdən, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşımızın 25 il stajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək.


Yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artan, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Bütövlükdə, gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək.


Bu, həmçinin orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq”.