10 May 2024
20 ildir ibadət əhlini gözləyən yarımtikili məscid - VİDEO

20 ildir ibadət əhlini gözləyən yarımtikili məscid - VİDEO

14 Yanvar 2022
Baxış: 582

Pəncərələri sınıq-salxaq, içərisi baxımsız, divarları isə çat-çat.

AJMEDİA.İNFO xəbər verir ki, Söhbət Yevlaxın Salahlı kəndində illərdir tikintisi başa çatmayan məscid binasından gedir.

Kənd sakinləri bildirir ki, sözügedən bina 20 ildən artıqdır tikilib. Amma işlər tamamlanmadığından camaat burada hələ də ibadət edə bilmir.

İllər öncə inşa edilən tikintinin aqibətinin necə olacağı ilə bağlı açıqlama verən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hümmət Əhmədov sakinlərə Dini İşlər üzrə Dövlət Komitəsinin regional şöbəsinə müraciət etməyi məsləhət görüb. İndi 2 600 nəfər əhalisi olan Salahlı kəndinin sakinləri məscidin istifadəyə yararlı vəziyyətə gətiriləcəyi günü səbirsizliklə gözləyir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: