10 May 2024
14 yaşlı uşaq adam bıçaqladı - TƏFƏRRÜAT

14 yaşlı uşaq adam bıçaqladı - TƏFƏRRÜAT

18 Mart 2024
Baxış: 240

Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.