14 May 2024
13 yaşlı Əfsanəni qaçıran şəxs 3 uşaq atası imiş... - VİDEO

13 yaşlı Əfsanəni qaçıran şəxs 3 uşaq atası imiş... - VİDEO

23 May 2023
Baxış: 462

Xəbər verdiyimiz kimi, Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva tapılıb.

Məlum olub ki, qızın sevgilisi ilə onu qaçıran şəxslər fərqli adamlardır.

AJMEDİA.İNFO Baku Tv-yə istinadən xəbər verir ki, qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.

Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.

Əfsanənin sevgilisi, Cəlilabad sakini Azad Ağayev bildirib ki, qızla “TikTok” platforması üzərindən tanış olub.

“İlk dəfə “TikTok”da fotomu görüb mənə yazdı. Daha sonra aramızda sevgi münasibəti yarandı. Dəfələrlə mənə deyirdi ki, bizə elçi göndər. Yaşı az olduğundan onun bu təklifini rədd etmişəm. Qızın qaçmağından xəbərim olmayıb. Mesajlarını sübut kimi saxlamışam”, - deyə Azad Ağayev qeyd edib.

Daha ətraflı videomateriallarda: