04 İyul 2024
12:00-dan 16-00-a qədər... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

12:00-dan 16-00-a qədər... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

10 İyun 2024
Baxış: 224

Ötən gün Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında dənizdə bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ümumiyyətlə, artıq havalar isinir və dəniz mövsümü yaxınlaşır. Təəssüf ki, yayboyu bu cür hadisələrlə az rastlaşmayacağıq.

Bu istiqamətdə vətəndaşlar nəyə fikir verməlidir?

AJMEDİA.İNFO-nun məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, boğulma hallarının əksəriyyəti nəzarətsiz çimərliklərdə baş verir:

“Bu, dünya təcrübəsində də belədir. Ümumiyyətlə, dünya təcrübəsində də suda boğulma hallarının 95 faizi məhz nəzarətsiz çimərliklərdə qeydə alınır. Ona görə belə yerlərə getmək olmaz. Orada həm xilasedicilər olmur, həm suyun kimyəvi, fiziki, sanitar normaları müəyyənləşdirilməyib və bu, insanların sağlamlığı üçün təhlükə riski daşıyır. Nəzarət olunan çimərliklərdə isə həm suyun dibinin akvetoriyası yoxlanılır, həm də baxış keçirilir, rəy verilir. Mütləq nəzarət olunan çimərliklərə getmək lazımdır”.

Ekspert bildirib ki, çimərliklərdə təhlükəsizlik tədbirləri öncədən görülməli, qadağanedici nişanlar, məlumatlandırma lövhələri, xilasedicilər, nəzarət məntəqəsi, tibbi yardım və nəzarətçilər olmalıdır.

Onun sözlərinə görə, insanlar çimərliyə gedərkən ilk növbədə hava şəraitini nəzərə almalıdırlar:

“Boğulma hadisələrinin çoxu həm də havanın küləkli olduğu vaxta təsadüf edir. Adətən insanlar eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədən dərinləşdiyini, dibində daş kəsəyin olub-olmamasını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, hava küləklidirsə, dənizdə dalğa olarsa, dünənlə bu gün arasında fərq olacaq. Yəni suyun dibi fiziki olaraq dəyişə bilər. Yarğanlar, su axınları əmələ gələr bilər. Bu da həmin insanlar üçün gözlənilməzdir və xoşagəlməz hadisə ilə nəticələnməsi mümkündür. Ona görə küləkli havadan sonra çimərliyə gedənlər dünənki hava şəraitini nəzərə almalıdırlar”.

Ekspert qeyd edib ki, saat 12:00-dan 16-00-a qədər və günün qaranlıq vaxtı dənizə girmək məsləhət deyil:

“Xilasedicilər olmayan yerlərdə çimməyə görə icazə verilən yerdən uzağa getməmək üçün qadağanedici nişanlar yoxdur. Həmçinin elə yerlərdə sahil natəmizdir, ərazi daş, çınqıl kəsəkləri, şüşə qırıqları ilə doludur, bu səbəbdən ora getməmək lazımdır. Çimərlikdə alkoqol içkilər qəbul etmək yanlışdır və bu, birbaşa insan həyatı üçün təhlükəlidir. Həm spirtli içki qəbul edən şəxslər günvurma hallarına daha tez məruz qalır, həm də suda boğulma riski artır”.