SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlZelenski Duda ilə Ukraynanın NATO-ya daxil olmasını müzakirə edib
14 İyun 2023 22:02 | Baxış sayı: 564
Ukrayna Prezidenti Volodimir Zelenski polşalı həmkarı Andjey Duda ilə Rusiya ilə döyüş meydanındakı vəziyyəti, ukraynalı müdafiəçilərin silah və sursatla təchizatını, ölkəsinin NATO-ya daxil olmasını müzakirə edib.
Bu barədə Zelenski tviterdəki hesabında yazıb.
Dövlət başçıları Ukrayna hərbçilərinin müdafiə ehtiyaclarını müzakirə ediblər. Söhbət həmçinin Ukraynanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı gələcək birgə işdən gedib.
Zelenski bildirib ki, Polşa Ukraynanın NATO-ya üzvlüyünün zəruriliyini kifayət qədər real qəbul edir və ölkəsi polşalılarla birlikdə Alyansın Vilnüs sammiti üçün konkret məzmun işləyib hazırlayır.
"Bu, Kremlin NATO-da guya kiminsə hələ də Rusiyadan qorxduğuna dair fərziyyələrinin tamamilə pozulduğu andır. Bu cür fərziyyələr Rusiyanın aqressiv ambisiyalarını qidalandırır. Biz onları neytrallaşdırmalıyıq. Polşaya Ukraynanı dəstəklədiyinə və NATO-nun real güclənməsinə görə təşəkkür edirik", - Zelenski qeyd edib.