19 Aprel 2025
Sabah bu rayonun 26 kəndində QAZ OLMAYACAQ!

Sabah bu rayonun 26 kəndində QAZ OLMAYACAQ!

Sabah bu rayonun 26 kəndində QAZ OLMAYACAQ!

17 Aprel 2025 13:26 | Baxış sayı: 209

Sabah Qax rayonunun qaz təchizatında fasilə yaranacaq.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat yayıb.


Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax xidmət sahəsində Qax qazpaylayıcı stansiyasında (QPS) istismara yararsız diametri 200 mm olan boruda siyirtmənin əvəzlənməsi, Turaclı kəndində diametri 250 mm olan boruda siyirtmənin quraşdırılması, Alatəmir kəndində diametri 273 mm olan ortatəzyiqli qaz xəttinin deformasiyaya uğramış hissəsinin əvəzlənməsi ilə əlaqədar aprelin 18-də saat 9:30-dan etibarən şəhər və 26 kəndinin qaz təminatının dəyandırılması planlaşdırılır.


İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.