Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
8 May 2025 13:01Zelenski 18 şirkəti “qara siyahı”ya saldı
06 İyul 2023 07:21 | Baxış sayı: 742
Ukrayna Prezidenti Volodimir Zelenski 18 şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Bu barədə Zelenski teleqram hesabında məlumat verib.
O buna səbəb kimi həmin şirkətlərin Rusiyanın Ukraynaya qarşı müharibə aparmağa kömək etməsini göstərib.
Sanksiyaya məruz qalan şirkətlər sırasına ABH Holdings SA, ABH Ukraine Limited, AlfaStrakhovanie Holdings Limited daxil olub.
Bildirilib ki, sanksiyalar 10 il müddətinə tətbiq edilib.