"Rayonlular elə bilirlər, Bakıda yel əsib, qoz tökülüb" - Aqil Abbas
10 saat əvvəlAvropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketi HAZIRLAYIR
07 May 2025 12:19 | Baxış sayı: 232
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketinə 60 şəxsi və təşkilatı, eləcə də 150 tankeri daxil edəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi bildirib.
Agentliyin məlumatına görə, sanksiyalar siyahısına daxil edilən tankerlərin sayı 300-dən çox olacaq, onların Avropanın yurisdiksiyasında olan limanlara girişi qadağan ediləcək.
Qeyd edək ki, Avropa Komissiyası Aİ ölkələrinə Rusiyadan uran və nüvə yanacağı almağı qadağan etməyi təklif edib.