HƏMAS Qəzza ilə bağlı İsraillə danışıqlardan yayınır: "Mənasızdır"
3 saat əvvəlPulsuz parkinqlərdə 1 manat tələb edənlərlə bağlı DİN-dən AÇIQLAMA
06 May 2025 15:24 | Baxış sayı: 198
Son vaxtlar Bakının müxtəlif yerlərində, xüsusilə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunmuş parkinq sahələrində maraqlı və bir o qədər də narahatedici mənzərələr müşahidə olunur.
AJMEDİA.İNFO-nun məlumatına görə, sürücülər bazar günləri - parkinqin rəsmi olaraq ödənişsiz olduğu günlərdə belə, özlərini "parkovşik" kimi təqdim edən şəxslərlə qarşılaşır və onlardan pul tələb olunduğunun şahidi olurlar.
Bu cür hallar təkcə həftə sonlarına deyil, həmçinin ümumiyyətlə pulsuz olan parkinq sahələrinə də şamil edilir. Vətəndaşlar pulsuz dayanacaqdan istifadə etmək istədikdə, qeyri-rəsmi "nəzarətçilər" onlardan məcburi şəkildə ödəniş tələb edir. Bu isə həm qanunsuz fəaliyyət, həm də ictimai narazılıq doğuran bir məsələdir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, parklanma qaydalarının tənzimlənməsi prosesində yaranan neqativ halların aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən sistemli mübarizə aparılır və qanunsuz fəaliyyətin qarşısı alınır:
"Ayrı-ayrı şəxslər tərəfindən avtomobil parklanması üçün qanunsuz şəkildə zəbt olunması hallarının qarşısının alınması diqqət mərkəzində saxlanılır. Polis əməkdaşlarının həyata keçirdikləri monitorinqlər və profilaktik tədbirlərlə səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur".