06 May 2025
Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

Arzu olunan bədən forması üçün 7 QAYDA

06 May 2025 12:35 | Baxış sayı: 211

Sinqapurlu qadınlar tez-tez artıq çəkidən qurtulmaq sahəsində təsirli nəticələr nümayiş etdirirlər. Bunun sirri isə sadə, lakin təsirli vərdişlərdədir.


AJMEDİA.İNFO həmin 7 qaydanı təqdim edir:


1. Gec olmadan axşam yeməyi yeyin


Sinqapurlular axşam yeməyini gec yeməməyə diqqət edirlər. Gec yatmaq bəzən gec qəlyanaltılara və ya ağır yeməyə səbəb olur.


Axşam yeməyi ən gec saat 20:00-da olmalıdır. Eyni zamanda, düyü, makaron, çörək kimi karbohidratları 75 faiz azaldaraq onların yerinə tərəvəz, toyuq filesi, hinduşka və ya balıq yeməyə üstünlük verirlər.


2. Tez yatmağa çalışın


Gecə oyaq qalmaq bədənin kortizol hormonunu ifraz etməsinə səbəb olur. Bu hormon yüksək qan təzyiqi, piylənmə və dəri problemləri ilə əlaqələndirilir. Tez yatmaq həm də gecə yemək vərdişinin qarşısını alır.


3. Sadə karbohidratlardan uzaq durun


Sinqapurlular düyü və şirin desertləri çox sevirlər, lakin onları kompleks karbohidratlarla əvəz edirlər. Kompleks karbohidratlar (yulaf, paxlalılar, qəhvəyi düyü, tərəvəzlər və s.) yavaş həzm olunur, bədəni uzunmüddətli enerji ilə təmin edir və xolesterini azaldır.


Tövsiyə olunanlar: yulaf, yoqurt, lobya, brokoli, ispanaq, qreyfrut.


4. Bol su için


Su kalorisizdir və maddələr mübadiləsini sürətləndirir, toksinləri çıxarır və immuniteti gücləndirir. Sinqapurun isti və rütubətli iqlimi bədəni tez susuzlaşdırır, buna görə gündə ən azı 8 stəkan su içmək tövsiyə olunur.


5. Qablaşdırılmış içkilərdən uzaq olun


Qablaşdırılmış içkilər (məsələn, qazlı içkilər) ləzzətli görünsə də, təkcə 300 ml-lik bir butulka çoxlu şəkər və kalori ehtiva edir. Əslində bu içkilər arıqlamağınıza mane olur.


6. Yeməkləri buraxmayın


Sinqapurda sürətli həyat tərzi səbəbindən bəzən insanlar yeməyi ötürür. Lakin yemək yeməmək çəkini azaltmır – əksinə, metabolizmi yavaşladır və bədənin yağ yığmasına səbəb olur. Ən düzgün yanaşma – porsiyaları azaltmaq və nizamlı şəkildə sağlam qidalanmaqdır.


7. Aktiv olun


İşdən sonra idman zalına getmək çətin ola bilər, amma saatlıq bir yürüş və ya parkda yüngül qaçış belə möcüzələr yarada bilər. Fiziki aktivlik həm fiziki, həm də ruhi sağlamlığın açarıdır.