Vəfat edən şəxsin pensiyasını BU ŞƏXSLƏR də ala biləcək - VİDEO
6 saat əvvəlNazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
08 May 2025 13:01 | Baxış sayı: 121
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus şirkət kimi tanınan "Gilan Dəri" MMC-nin (Gilan Dəri Emalı Zavodu) vergi borcu yaranıb.
AJMEDİA.İNFO xəbər verir ki, şirkətin hazırda 17 018,82 vergi borcu var.
"Gilan Dəri" MMC 26 avqust 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 325 000 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Mehdiyev Yalçın Arif oğludur.
Mediada Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən araşdırma materiallarında Gilan Dər Emalı Zavodunun nazirə məxsus olduğu iddia edilir. Bu iddia indiyədək təkzib edilməyib.
Kəmaləddin Heydərov 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır.(Qaynarinfo)