Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
2 saat əvvəlİsrail ordusu Livanda HƏMAS komandiri MƏHV ETDİ
08 May 2025 10:26 | Baxış sayı: 164
İsrail Hərbi Hava Qüvvələri Livana yeni dəqiq zərbə endirib və nəticədə Fələstinin radikal HƏMAS hərəkatının yerli bölmələrindən birinin komandiri məhv edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, zərbə Livanın Sayda şəhərinin kənarında həyata keçirilib və məqsəd Livanda HƏMAS-ın hərbi qanadının Qərb briqadasına komandanlıq edən Xalid Əhmədi məhv etmək olub.
"Müharibə boyu terrorçu İsrailin mülki əhalisinə və SAXAL əsgərlərinə qarşı çoxsaylı terror aktlarında günahkardır. Son zamanlar o, silah qaçaqmalçılığı ilə məşğul olub və İsrail dövlətinə qarşı terror aktları həyata keçirib. Əhmədin terror fəaliyyəti İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradırdı", - deyə hərbçilər bildiriblər.