Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
1 saat əvvəlABŞ səfirliyindən XƏBƏRDARLIQ - Tbilisidə PARTLAYIŞLAR OLACAQ
08 May 2025 11:57 | Baxış sayı: 108
ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə yerləşən üç ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.
AJMEDİA.İNFO xəbər verir ki, diplomatik nümayəndəlik əməkdaşlarına növbəti xəbərdarlığa qədər Tbilisidəki “East Point” , “Galleria Tbilisi” və “Tbilisi Mall” ticarət mərkəzlərinin yerləşdiyi ərazilərə getməmək tövsiyə edilib.
Bildirilib ki, adı çəkilən yerlərdə partlayış təhlükəsi ilə bağlı məlumat daxil olub.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ABŞ səfirliyinin Tbilisidə partlayışlar təhlükəsi ilə bağlı xəbərdarlığını artıq şərh edib. Qurum müvafiq xidmətlərin bomba qoyulması barədə növbəti yalan məlumatla bağlı iş apardığını açıqlayıb.